Donald Tramp İran məsələsi həll olunanda neft qiymətlərinin düşəcəyini açıqladı
3 oktyabr 2026, 01:46 · Mənbə: Anadolu Ajansı

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin İran problemi həll edilən kimi əvvəlki səviyyəyə, hətta daha aşağı düşəcəyini bildirib.
Anadolu Agentliyi yazır ki, Donald Tramp Alabama ştatına səfəri öncəsi Ağ Evdə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
O, neft qiymətlərinin yüksək olmasının aradan qaldırılmasını İran məsələsinin həllinə bağlayıb və bunun tezliklə baş verəcəyini söyləyib.
Tramp Avropa ölkələrinin dizel yanacağı ilə bağlı problemlərin aradan qaldırılmasına dəstək verəcəyini, həm Avropa, həm də ABŞ tərəfindən əlverişli addımların atılacağını deyib.
ABŞ Prezidenti həmçinin Avropanın çox miqdarda dizel ehtiyatına malik olduğunu və bunun dünya bazarına böyük töhfə verəcəyini vurğulayıb.
CAATSA sanksiyalarının ləğvi məsələsinə toxunan Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ünsiyyətdə olduğunu, sanksiyaların götürülməsi və Türkiyənin ABŞ-a müdafiə məhsulları ixracını asanlaşdıracaq qərara müsbət yanaşdığını qeyd edib.
Tam mətn
Oxşar xəbərlər

Dünya
Nazir: "Birillik bitkilər üçün kreditlərin faizlərini dövlət qarşılayacaq"
Report.az · 5 oktyabr 2026, 13:46

Dünya
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum olub
Report.az · 5 oktyabr 2026, 13:46


Dünya
Ermənistanda Serj Sarqsyanla bağlı dövlət əmlakı işi üzrə cinayət işi qaldırılıb
Report.az · 5 oktyabr 2026, 12:15