Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
6 oktyabr 2026, 18:17 · Mənbə: Report.az

Azərbaycanın mövqeyi aydındır: keçmişin işğal siyasətinə, separatizmə yer yoxdur və Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın mövqeyi aydındır: keçmişin işğal siyasətinə, separatizmə yer yoxdur və Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili deyib.
Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan xalqı suveren ərazilərini müdafiə etmək üçün Vətən müharibəsinə başladı.
"44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsini hərbi yolla, Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə hərbi-siyasi nəticələr əsasında işğaldan azad etdi. Bununla ölkəmiz beynəlxalq hüququn uzun illər kağız üzərində qalan tələblərini özü həyata keçirdi".
T. Mirkişili təəssüf bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra da Ermənistan rəhbərliyi yaranmış yeni reallığı dərhal qəbul etmədi.
Milli Məclisinin üzvü qeyd edib ki, Azərbaycan üç ilə yaxın müddətdə məsələnin dinc yolla həllinə imkan verdi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı çağırışlar etdi.
"Lakin bu çağırışlara yeni təxribatlar, minaların basdırılması və hərbi mövqelərin gücləndirilməsi ilə cavab verildi. Nəticədə 2023-cü ilin sentyabrında Azərbaycan öz ərazisində lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur oldu. Cəmi bir günə yaxın davam edən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı rejimin mövcudluğuna son qoyuldu və Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu bərpa olundu.
Bütün bu hadisələrin ardıcıllığı bir həqiqəti göstərir: Azərbaycan müharibəni seçmədi, müharibə Azərbaycana məcbur edildi. Ölkəmiz uzun illər danışıqlara və sülh yoluna sadiq qaldı. Lakin Ermənistanın davamlı təxribatları, yeni ərazi iddiaları və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Azərbaycanı öz suverenliyini güc yolu ilə bərpa etməyə məcbur etdi.
Bu gün regionda sülh üçün real imkan yaranıb. Lakin davamlı sülh yalnız sərhədlərin toxunulmazlığına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət əsasında qurula bilər. Azərbaycanın mövqeyi aydındır: keçmişin işğal siyasətinə qayıdış yoxdur, separatizmə yer yoxdur və ölkəmizin suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz".
Oxşar xəbərlər

Siyasət
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb
Report.az · 17 oktyabr 2026, 19:47

Siyasət
İlhan Omar vəkilləri evində keçirilən əməliyyat zamanı müsadirə olunan əmlakın geri qaytarılmasını tələb edir
Al Jazeera · 17 oktyabr 2026, 19:47

Siyasət
Donald Trump-ın son Mətbuat Katibi yalnız beş gün işdə qalıb
Al Jazeera · 17 oktyabr 2026, 18:17

Siyasət
Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib
Report.az · 17 oktyabr 2026, 15:16