Cəbrayıl Şəhəri Günü münasibətilə bir sıra tədbirlər keçirilib
4 oktyabr 2026, 18:44 · Mənbə: Report.az

Cəbrayıl Şəhəri Günü münasibətilə uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri, yaradıcılıq sərgisi, kukla teatrı tamaşası və sakinlər üçün təntənəli konsert proqramından ibarət tədbir təşkil olunub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəbrayıl Şəhəri Günü münasibətilə uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri, yaradıcılıq sərgisi, kukla teatrı tamaşası və sakinlər üçün təntənəli konsert proqramından ibarət tədbir təşkil olunub.
Bu barədə "Report"a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Şəhər günü çərçivəsində uşaqların hazırladığı rəsm və digər əl işlərindən ibarət yaradıcılıq sərgisi, həmçinin iştirakçılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. Səyyar Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa təqdim olunub.
Fotoqalereya
1 / 4Cəbrayıl Şəhəri Günü münasibətilə bir sıra tədbirlər keçirilib
Şəhər sakinləri və qonaqlar üçün təşkil edilən təntənəli konsert proqramında Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblı çıxış edib. Proqram çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar, eləcə də Azərbaycan milli rəqsləri təqdim olunub.
Cəbrayıl Şəhəri Günü tədbiri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Oxşar xəbərlər

Siyasət
İspaniya Ali Məhkəməsi Puigdemontun həbs qərarını ləğv edib
Deutsche Welle · 6 oktyabr 2026, 18:18

Siyasət
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
Report.az · 6 oktyabr 2026, 18:17

Siyasət
Cornell Universitetində qrup zorlaması işi üzrə xüsusi prokuror tənqid olunur
BBC News · 6 oktyabr 2026, 18:19

Siyasət
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Report.az · 6 oktyabr 2026, 17:45