Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
16 oktyabr 2026, 02:18 · Mənbə: Report.az

Böyük Britaniyanın Baş naziri Endi Börnhemin dəftərxanası ölkənin Müdafiə Nazirliyinin yeni nəsil hərbi peyklərin yaradılması üçün Amerikanın "Lockheed Martin" şirkəti ilə bağlamağı planlaşdırdığı 2 milyard funt sterlinq (2,65 milyard dollar) dəyərindəki müqaviləni yoxlayacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Baş naziri Endi Börnhemin dəftərxanası ölkənin Müdafiə Nazirliyinin yeni nəsil hərbi peyklərin yaradılması üçün Amerikanın "Lockheed Martin" şirkəti ilə bağlamağı planlaşdırdığı 2 milyard funt sterlinq (2,65 milyard dollar) dəyərindəki müqaviləni yoxlayacaq.
"Report" "The Daily Telegraph"a istinadən xəbər verir ki, söhbət Britaniyanın "Skynet" hərbi rabitə sistemi üçün nəzərdə tutulan peyklərdən gedir.
Nəşrin məlumatına görə, Londonda ehtiyat edirlər ki, razılaşmanın bağlanması ABŞ-yə Böyük Britaniyanın öz hərbi peyklərinin istifadəsi ilə bağlı qərarlarına təsir göstərməyə imkan verəcək.
"Gələcəkdə Folklend adalarına görə qarşıdurmanın yaranacağı və bizim "Skynet" sistemindən istifadə etməyə ehtiyac duyacağımız, lakin amerikalıların bizə rədd cavabı verəcəyi bir vəziyyəti təsəvvür etmək çətin deyil. Beləliklə, milli böhranın qızğın çağında siz Vaşinqtona bu sistemin istifadəsinə veto hüququ vermiş olacaqsınız", - qəzetin Britaniya müdafiə idarəsindəki mənbəyi bildirib.
Oxşar xəbərlər

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17


Dünya
Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib
Report.az · 19 oktyabr 2026, 15:17

Dünya
Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Report.az · 19 oktyabr 2026, 14:17