Braziliyada ümumi seçkilər keçiriləcək
4 oktyabr 2026, 04:14 · Mənbə: Report.az · 2 mənbə yazır

Braziliyada oktyabrın 4-də ümumi seçkilərin ilk turu keçiriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyada oktyabrın 4-də ümumi seçkilərin ilk turu keçiriləcək.
"Report" Braziliyanın Ali Seçki Məhkəməsinə istinadən xəbər verir ki, vətəndaşlar ölkə prezidentini, ştat və federal dairə qubernatorlarını, parlamentin aşağı palatasının 513 deputatını və 81 senatordan 54-ü, habelə ştat və federal dairə qanunverici orqanlarının deputatlarını seçməlidirlər.
Ölkə prezidenti vəzifəsi uğrunda 12 namizəd mübarizə aparır. İlk turda qalib gəlmək üçün etibarlı səslərin yarısından çoxunu toplamaq lazımdır. İddiaçılardan heç biri buna nail olmasa, oktyabrın 25-də ikinci tur keçiriləcək.
Ali Seçki Məhkəməsinin məlumatına görə, 158 745 463 seçici səsvermə hüququna malikdir.
18-70 yaş arası savadlı vətəndaşlar üçün səsvermə məcburidir. 16-17 yaş arası vətəndaşlar, 70 yaşdan yuxarı və savadsız şəxslər üçün seçkilərdə iştirak könüllüdür.
Seçki məntəqələri Braziliya vaxtı ilə saat 08:00-dan 17:00-dək (Bakı vaxtı ilə 15:00-dan 00:00-dək) açıq olacaq. Braziliyada səsvermə elektron qutulardan istifadə etməklə aparılır ki, bu da məntəqələrin bağlanmasından qısa müddət sonra nəticələrin dərc olunmasına imkan verir.
Oxşar xəbərlər

Dünya
Nazir: "Birillik bitkilər üçün kreditlərin faizlərini dövlət qarşılayacaq"
Report.az · 5 oktyabr 2026, 13:46

Dünya
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum olub
Report.az · 5 oktyabr 2026, 13:46


Dünya
Ermənistanda Serj Sarqsyanla bağlı dövlət əmlakı işi üzrə cinayət işi qaldırılıb
Report.az · 5 oktyabr 2026, 12:15