"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
3 oktyabr 2026, 03:44 · Mənbə: Report.az

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisas səviyyəsinə malik analitikləri, tərtibatçıları və operatorları ayda min dollar daha az alacaqlar. Eyni zamanda, yüksək ixtisaslı mütəxəssislərdən ibarət kiçik bir qrupu ödənişlərin ayda 3,5 min dollar artması gözləyə bilər.
Agentlik qeyd edib ki, Pentaqonun planları hərbçilər arasında kəskin narazılığa səbəb olub. Bununla əlaqədar qurumun rəhbərliyi bunu bir dəfəyə etmək əvəzinə, həvəsləndirici ödənişlərin tədricən azaldılması imkanını nəzərdən keçirir.
"Bloomberg" vurğulayıb ki, aylıq həvəsləndirici ödənişlərin zəruriliyi barədə Pentaqonda yaranan mübahisələr ABŞ ordusunun sıralarında kifayət qədər ixtisaslı hərbi kibermütəxəssisin saxlanılması ilə bağlı problemlərin mövcudluğundan xəbər verə bilər.
Oxşar xəbərlər

Dünya
Meşədə, şəhərdə və yolda ayı ilə qarşılaşanda nə etmək lazımdır
News.ru · 18 oktyabr 2026, 11:47


Dünya
Rusiya dronları Ternopil vilayətində enerji obyektinə zərbə vurub
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:47

Dünya
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Report.az · 18 oktyabr 2026, 11:47