Birləşmiş "Paramount" və "Warner Bros. Discovery" şirkəti "Skydance" adlanacaq
2 oktyabr 2026, 23:15 · Mənbə: Report.az

Saziş başa çatdıqdan sonra birləşmiş "Paramount Skydance" və "Warner Bros. Discovery" şirkəti "Skydance" adını daşıyacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Saziş başa çatdıqdan sonra birləşmiş "Paramount Skydance" və "Warner Bros. Discovery" şirkəti "Skydance" adını daşıyacaq.
"Report" xəbər verir ki, bu barədə "Paramount Skydance"ın baş direktoru Devid Ellison "X"də məlumat yayıb.
Onun sözlərinə görə, bu ad "Paramount" və "Warner Bros." studiyalarının öz kimliyini qorumaq və onları kölgədə qoyacaq yeni brend yaratmamaq üçün seçilib.
"Biz heç vaxt istəməmişik ki, yeni korporativ kimlik bu şirkətlərdən hər hansı birinin əhəmiyyətini azaltsın, dəyişdirsin və ya kölgədə qoysun", - Ellison bəyan edib.
O qeyd edib ki, "Skydance" birləşmiş şirkətin adı olacaq, "Paramount", "Warner Bros." və onun tərkibinə daxil olan digər brendlər isə öz adlarını saxlayacaq.
Daha əvvəl ABŞ məhkəməsi "Paramount Skydance" şirkətinə "Warner Bros. Discovery"ni 110 milyard dollara almaq barədə sövdələşməni başa çatdırmağa icazə verib. Qərar sazişin aylarca davam edən gecikməsinə son qoyub.
Birləşmənin gələn həftə başa çatacağı gözlənilir.
Oxşar xəbərlər

Biznes
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Report.az · 17 oktyabr 2026, 17:47

Biznes
Ceyk Conson 3,3 milyon dollara kənar və yaşıl Pasadena malikanəsini satır
MarketWatch · 15 oktyabr 2026, 13:17

Biznes
Azərbaycan biznes nümayəndə heyətinin Vyetnama səfəri planlaşdırılır
Report.az · 14 oktyabr 2026, 10:46