BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
2 oktyabr 2026, 23:15 · Mənbə: Report.az

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq.
"Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib.
"Fevralın 28-də ABŞ-İran münaqişəsi başlayandan bəri dünya enerji bazarları prinsipcə yeni mərhələyə qədəm qoyub. Dünya dizel yanacağı baxımından son dərəcə çətin dövrdən keçir. Onun qiyməti elə səviyyəyə çatıb ki, yaxın perspektivdə qaçılmaz olaraq bütün dünyada inflyasiya təzyiqini gücləndirəcək", - o deyib.
BEA rəhbəri həmçinin xatırladıb ki, İran münaqişəsinin ilkin mərhələsində o, enerji bazarlarındakı vəziyyəti "ən böyük böhran" kimi xarakterizə edib.
"Hazırda neft kotirovkaları bir barel üçün təxminən 100 dollar səviyyəsindədir, bu da kifayət qədər yüksəkdir. Lakin əsas əhəmiyyət kəsb edən xam neftin dəyəri deyil, onun emalı məhsullarının, ilk növbədə, dizel yanacağının qiymətidir. Yaxın zamanda bu ən çox müzakirə olunan mövzulardan birinə çevriləcək", - Birol vurğulayıb.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18