Balkan ölkələri qaz nəqli sistemlərini əlaqələndirəcəklər
6 oktyabr 2026, 17:45 · Mənbə: Report.az

Serbiya və Şimali Makedoniyanın qaz nəqli sistemləri operatorları vasitəsilə Şaquli Qaz Dəhlizinə qoşulacaq, iki ölkə arasında qaz interkonnektorunun tikintisi tezliklə başlanacağı gözlənilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiya və Şimali Makedoniyanın qaz nəqli sistemləri operatorları vasitəsilə Şaquli Qaz Dəhlizinə qoşulacaq, iki ölkə arasında qaz interkonnektorunun tikintisi tezliklə başlanacağı gözlənilir.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Belqradda Serbiya, Şimali Makedoniya, Yunanıstan və Bolqarıstanın enerji nazirlərinin II Sammitində bildirilib.
Qeyd olunub ki, bu interkonnektor hazırda tikintisi davam edən Yunanıstan–Şimali Makedoniya qaz interkonnektoru ilə birləşdiriləcək.
Yunanıstan ərazisindəki hissənin 2026-cı ilin sonunadək, Şimali Makedoniya ərazisindəki hissənin isə 2027-ci il ərzində tamamlanacağı gözlənilir.
Bundan başqa sammitdə nazirlər Cənub-Şərqi və Mərkəzi Avropada regional əməkdaşlığın gücləndirilməsi və enerji təhlükəsizliyinin artırılması yollarını müzakirə ediblər.
İştirakçılar mövcud qaz infrastrukturundan istifadəni, həmçinin iştirakçı ölkələrin daha sıx əlaqələndirilməsinə və yeni qaz mənbələrindən əlavə təchizat marşrutlarının açılmasına yönəlmiş qaz infrastrukturu layihələrinin icrasında əldə olunan irəliləyişi müzakirə ediblər.
Oxşar xəbərlər

Dünya
Günel Bədəlova: "ISMF-nin vitse-prezidenti seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır"
Report.az · 19 oktyabr 2026, 13:47

Dünya
Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər
Report.az · 19 oktyabr 2026, 13:17

Dünya
Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər
Report.az · 19 oktyabr 2026, 12:47

Dünya
İspaniyada "Adam" qasırğası və leysan yağışları səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib
Report.az · 19 oktyabr 2026, 12:17