Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
21 oktyabr 2026, 17:17 · Mənbə: Report.az

Azərbaycanın "Judo Club 2012" klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın "Judo Club 2012" klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.
"Report" xəbər verir ki, baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.
Nümayəndə heyətinin tərkibində Azərbaycan Cüdo Federasiyasının üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da yer alacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfə Avropanın 11 klubunun qatılacağı turnirdə mübarizə aparacaq. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan Avropa Çempionlar Liqasının əvvəlki qalibi Fransanın PSJ klubu olub.
Oxşar xəbərlər

Dünya
Plyuşenko qrantların dayandırılması çağırışlarına münasibət bildirib
News.ru · 21 oktyabr 2026, 17:50

Dünya
Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Report.az · 21 oktyabr 2026, 17:48
Dünya
Rusiya Su-30SM qırıcısı Kalininqradda qəzaya uğrayıb, pilotlar yaralanıb
Anadolu Agency · 21 oktyabr 2026, 17:48