Azərbaycan və Rusiya rəsmiləri Şimal-Cənub Dəhlizinin inkişafını müzakirə ediblər
6 oktyabr 2026, 01:45 · Mənbə: Report.az

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və iki ölkə arasında yük daşımalarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və iki ölkə arasında yük daşımalarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
"Report"un Rusiya hökumətinə istinadən məlumatına görə, məsələlər Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin iclasında müzakirə olunub.
Tərəflər həmçinin ticarət, iqtisadiyyat və investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinə xüsusi diqqət yetirilib.
Ş.Mustafayev və A.Overçuk həmçinin ən yüksək səviyyədə əldə edilən razılaşmaların və hökumətlərarası komissiyanın 24-cü iclasının qərarlarının icrasını nəzərdən keçiriblər.
Bundan əlavə, tərəflər Azərbaycan və Rusiya üçün praktik maraq doğuran qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə də fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər

Siyasət
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Report.az · 18 oktyabr 2026, 00:17


Siyasət
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb
Report.az · 17 oktyabr 2026, 19:47

Siyasət
İlhan Omar vəkilləri evində keçirilən əməliyyat zamanı müsadirə olunan əmlakın geri qaytarılmasını tələb edir
Al Jazeera · 17 oktyabr 2026, 19:47