Ayxan Abbasov: "Litva ilə oyunda futbolçular bacardıqlarından daha yaxşı çıxış etdilər"
4 oktyabr 2026, 19:45 · Mənbə: Report.az

Azərbaycan millisinin futbolçuları Litva ilə matçda bacardıqlarından daha yaxşı oynayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçuları Litva ilə matçda bacardıqlarından daha yaxşı oynayıb.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov Litva millisi ilə oyundan (1:0) sonra deyib.
45 yaşlı mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində baş tutan D Liqasının 2-ci qrupunun oyunu haqqında fikirlərini bölüşüb:
"Bilirdik ki, komanda çox yorulacaq. Əsas odur, istədiyimizə nail olduq. Lixtenşteynlə oyundan sonra narahatlıqlarım vardı. Sevinirəm ki, üç gün ərzində komanda toparlandı. Futbolçular performanslarından daha yaxşı oynadılar. Qarşıda bir yoldaşlıq, bir rəsmi matç var. İnanıram ki, bu oyunlardan qələbə ilə ayrılacağıq".
A. Abbasov hakim idarəçiliyinin ədalətli olduğunu deyib:
"Hakimliklə bağlı hər şey ortadadır. Ədalətli idarəçilik oldu. Hakim tempi yüksək saxladı. Rəqib baş məşqçinin narazılığını başa düşürəm. O da nəsə deməlidir".
Oxşar xəbərlər

İdman
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
Report.az · 19 oktyabr 2026, 20:17

İdman
Daniel Svensson: "Sabah"la oyunda meydana qələbə üçün çıxacağıq"
Report.az · 19 oktyabr 2026, 19:47

İdman
"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb
Report.az · 19 oktyabr 2026, 18:47
