TopXəbər

AQTA Kürdəmirdə qeydə alınan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

1 oktyabr 2026, 09:45 · Mənbə: Report.az

AQTA Kürdəmirdə qeydə alınan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.

Yeniliklərdən dərhal xəbərdar olun!

Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, ilkin məlumata əsasən, hadisənin baş verdiyi şadlıq sarayı icarəyə götürülüb və qida məhsulları toy sahibi tərəfindən hazırlanaraq istehlaka təqdim edilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

AQTA-nın məlumatında ölkə ərazisində son zamanlar baş verən kütləvi zəhərlənmə hadisələri toy, nişan və digər kütləvi məclislər üçün ev şəraitində qida məhsullarının hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmamasının qida zəhərlənmələri riskini artırdığı diqqətə çatdırılıb.

Agentlik hadisə ilə əlaqədar aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib..

Sağlamlıq

Anar Bayramov Qubada vətəndaşları qəbul edib

Report.az · 16 oktyabr 2026, 17:47