Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
4 oktyabr 2026, 17:15 · Mənbə: Report.az

Almaniyanın Baden-Vürtemberq federal torpağının Heylbronn dairəsində yerləşən Gündelşaym şəhəri yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın Baden-Vürtemberq federal torpağının Heylbronn dairəsində yerləşən Gündelşaym şəhəri yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə SWR tele-radio şirkəti polisə istinadən məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər həlak olub.
Bildirilib ki, təyyarə eniş zamanı hasara ilişib və ağaca toxunub. Bundan sonra yerə düşərək qəzaya uğrayıb.
Hadisə yerinə polis, həmçinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Qəza yerində başlayan yanğın artıq söndürülüb.
Oxşar xəbərlər

Dünya
Böyük Britaniyanın baş naziri Ukraynaya hava müdafiə vasitələrinin çatdırılmasını sürətləndirir
Ukrainskaya Pravda · 14 oktyabr 2026, 23:46


Dünya
Zelenski Ukraynanı müdafiə edəcək prezident seçiləcəyinə əmindir
Ukrainskaya Pravda · 14 oktyabr 2026, 23:46

Dünya
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb
Report.az · 14 oktyabr 2026, 23:17