Albaniyada 127 gündür, etirazlar davam edir
5 oktyabr 2026, 01:15 · Mənbə: Report.az

Albaniya hökumətinə qarşı etirazlar 127-ci gününə çatıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Albaniya hökumətinə qarşı etirazlar 127-ci gününə çatıb.
"Report"un Balkan bürosu xəbər verir ki, aksiya paytaxt Tirananın Zvarneç ərazisində planlaşdırılan investisiya layihəsinə qarşı etiraz xarakteri daşıyır.
Etirazçılar əvvəlcə Skanderbeq meydanında toplaşıb, daha sonra "Deshmoret e Kombit" bulvarı ilə yürüş edərək Baş nazirlik ofisinin qarşısına gəliblər.
Nümayiş iştirakçıları Albaniyanın Baş naziri Edi Ramanın istefasını tələb edən şüarlar səsləndirib, ölkənin mövcud siyasi sistemində dəyişikliklərin aparılmasını istəyiblər.
Baş nazirlik ofisinin qarşısında çıxış edən vətəndaş cəmiyyəti nümayəndələri Zvarneç ərazisində planlaşdırılan turizm investisiyasına qarşı olduqlarını bildiriblər. Onlar həmçinin hökumətin qorunan ərazilər və strateji investisiyalarla bağlı siyasətini tənqid ediblər.
Etirazçılar parlament iclasları zamanı da nümayişlərin keçirilməsinə çağırış ediblər.
Qeyd edək ki, Zvarneçdə planlaşdırılan layihə Adriatik sahilində böyük turizm kompleksinin yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində hotellərin və yüzlərlə villanın inşası planlaşdırılır. İnvestisiyaya qarşı çıxanlar layihənin qorunan əraziyə və ekosistemə mümkün təsirindən, həmçinin torpaq mülkiyyəti və layihənin şəffaflığı ilə bağlı məsələlərdən narahatdırlar. Bu səbəblə mayın 31-də başlayan aksiyalar sonrakı həftələrdə siyasi və institusional tələbləri də əhatə edən genişmiqyaslı hərəkata çevrilib.
Oxşar xəbərlər

Dünya
Peskov Putinin birbaşa xəttinin dekabrda keçirləcəyini açıqladı
News.ru · 19 oktyabr 2026, 03:47
Dünya
İranın xarici işlər naziri Netanyahu ABŞ-ı İrana qarşı yeni müharibəyə sürükləməkdə ittiham edir
Anadolu Agency · 19 oktyabr 2026, 03:47
Dünya
Bahreyn Kralı və Rusiya xarici işlər naziri regional təhlükəsizliyi gücləndirmək üçün əlaqəliliyi vurğulayıb
Anadolu Agency · 19 oktyabr 2026, 03:47

Dünya
Leberale hökumət Viktoriya ictimai nəqliyyatında həftəlik maksimum 30 dollar haqları vəd edir
The Guardian · 19 oktyabr 2026, 03:47