Microsoft süni intellekt rəhbəri iş yerlərinin avtomatlaşdırılması ilə bağlı açıqlamasını düzəltdi
Microsoftun süni intellekt üzrə rəhbəri Mustafa Süleyman ağ yaxalı işçilərin işlərinin tam avtomatlaşdırılması barədə fikirlərini izah edib. O bildirib ki, süni intellekt onların vəzifələrini deyil, tapşırıqlarını daha sürətli və effektiv yerinə yetirməyə kömək edəcək.
Microsoftun süni intellekt üzrə rəhbəri Mustafa Süleyman ağ yaxalı işçilərin, o cümlədən hüquqşünasların, mühasiblərin və layihə menecerlərinin işlərinin süni intellekt tərəfindən tam avtomatlaşdırılacağı barədə əvvəlki bəyanatlarını düzəltdiyini bildirib. O, Decoder proqramının bir buraxılışında bu işçilərə kömək edəcəklərini, onların işlərini tam əvəz etməyəcəklərini söyləyib.
“E-poçt göndərmək, həmkarla söhbət etmək, PowerPoint təqdimatı hazırlamaq kimi kiçik tapşırıqlar getdikcə rəqəmsallaşacaq, avtomatlaşdırılacaq və daha çoxu həyata keçiriləcək. Bu, vəzifənin tamamilə aradan qalxması demək deyil. Sadəcə iş daha sürətli və effektiv olacaq, hansı ki, hazırda çox vaxt əl əməyini tələb edən, rutinə düşmüş işlərdir. Texnologiyanın təbii inkişafı həyatınızı asanlaşdırmaq, sürətləndirmək, daha rahat etməkdir” – deyə, Süleyman bildirib.
Financial Times fevral ayında dərc etdiyi hesabatda Süleymanın bu mövzuda əvvəlki fikirlərinə yer vermişdi. O, orada “Kompyuter qarşısında əyləşərək hüquq, mühasibat, layihə idarəçiliyi və marketinq işlərini görən ağ yaxalıların tapşırıqlarının əksəriyyəti növbəti 12-18 ay ərzində süni intellekt tərəfindən tam avtomatlaşdırılacaq” demişdi.
Decoder proqramında bu çıxışa münasibət bildirən Süleyman tapşırıqlar ilə işlər arasında önəmli fərqin olduğunu vurğulayıb: “Mən həmin çıxışda 'tapşırıqlar' dedim. Bu işlərin tamamilə aradan qalxması demək deyil. İşlər və vəzifələr daha geniş anlayışdır, tapşırıqlar isə onların hissələridir”.
The Verge
Microsoft AI chief walks back comments about AI taking over white-collar work
Orijinal məqaləyə keç


