Sərdar Cəlaloğlunun və “siyasi mühacir” adlanan sürünün yalanları bu xalqın əzmini qıra biməyəcək!

Sərdar Cəlaloğlunun və “siyasi mühacir” adlanan sürünün yalanları bu xalqın əzmini qıra biməyəcək!

Bu yaxınlarda Youtube kanalında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallının “Siyasət meydanı” verlişinin qonağı Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu olmuşdur.

Bu adam haqqında kifayət qədər danışılıb, onun səfeh və məntiqsiz hərəkətlərinə qiymət verilib. Sərdar Cəlaloğlu öz hərəkətləri ilə daima medianın mərkəzində olmaq niyyətindədir. Görünür ki, videokameraların qırmızı işıqları ona əlavə enerji və ya stimul verir.

Lakin ən maraqlısı odur ki, danışıq qabiliyyəti olmayan, məntiqli dialoq aparmağı bacarmayan, öz küçə hərəkətləri ilə dəfələrlə qalmaqallara səbəb olan Cəlal Sərdaroğlu bu dəfə nədən danışıb?

Ənənəvi olaraq, özünü hamıdan ağıllı və bacarıqlı sayan Cəlal müəllim Azərbaycanda hazırda müşahidə olunan prosesləri pisləyir, ölkə rəhbərliyi tərəfindən edilən yerdəyişmələrin düzgünlüyünü şübhə altına alır, vəzifədən gedən sabit XİN rəisini və onun yerinə yeni təyin olmuş Ceyhun Bayramovu tənqid edir. Onun sözlərinə görə, Ceyhun Bayramov keçmiş tutduğu vəzifəsində uğursuz, bacarıqsız və səriştəsiz idarəçiliyi ucbatından Azərbaycan təhsil sistemi tamamilə çökdü, təhsilin səviyyəsi aşağı düşdü. Üstəlik də, Ceyhun Bayramovu “Rusiyanın adamı” kimi gələmə verərək, onun bundan sonra da Azərbaycanın milli maraqlarının əleyhinə fəaliyyətini davam etməsini əminliklə söylədi.

Bundan sonra, öz çıxışlarında kişi və qadın cinsləri, qadınların davranışı və seksual azdıqlar kimi məsələlərə daha çox maraq göstərən Cəlal müəllim SQ-nin Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovu qaralamağa başlayır. 

Belə ki, Dağlıq Qarabağ müharibəsində itirilmiş torpaqların məhz N. Sadlqovun Ermənistan SQ-də xidmət edən qardaşına məxfi məlumatların satılmasında, Rusiyanın xeyrinə işləməsinə, ümumiyyətlə Azərbaycan Ordusunu talan edən, köhnə silah-sursatları yeni adla və yüksək qiymətlə satın alınmasında, döyüş sursatı anbarının partladılmasında, koordinatların satılması və bir sıra digər cinayətlərdə ittiham edir. 

Bəs bu ağıldankəm bilirmi ki, hal-hazırda döyüşlər briqada səviyyəsində və korpusun komandanlığı altında gedir?! Hansı koordinatlardan söhbət gedir? Youtube-da özünü hamıdan ağıllı hesab edərək Google Maps proqramı ilə düşmənin və öz səngərlərimizi göstərən, məsafəni ölçüb deyən, “UAZ burda vuruldu, general bura şəhid oldu, amma qorxmayın, həmin yerdən kəndin birinci evinə qədər məsafə bu qədərdir” deyən, kəndin içində canlı yayın açaraq  “düşmən bu yanda, bizim səngərlər bu  yandadı” deyənlər verir bəlkə oriyentirləri? Heç bu cəhətdən düşünmüsünüzmü? 

Daha sonra Sərdar Cəlaloğlu, Azərbaycan Ordusunun əldə etmiş nailiyyətlərini pisləyərək, ümumi hərbi rəhbərliyin xidməti və şəxsi keyfiyyətlərini pisləyərək, orduda aparılan islahatları da tənqid edir. 

Bu kif iyi verən, çayxanalarda müzakirə olunan məsələni sinəsini qabağa verib efirə daşıyan və buna şərait yaradanlar “Vikipediya” adlanan məlumat bazasından xəbərdardılarmı? Yoxsa ”at eynəkləri”ni gözlərinə taxıb, sadəcə komanda alaraq irəli getməkçün yaşayırlar? Çənəsi boşalmış bu “qalstuklu dayı”ların heç ağlına gəlməyibmi ki, əgər Sadıqov Nəcməddin Hüseyn oğlunun Ermənistanda general bir qardaşı xidmət edib və ya edirsə onun soyadı və ata adı eyni olmalıdır. Ən azından axtarış sistemlərində adına və ya şəklinə rast gəliblərmi? Yaxud, Dağıstanda heykəli qoyulub deyən başıboşlar heykəlin şəklini təqdim edə bilərlərmi? Rusiyanın Milli Qəhrəmanıdır deyənlər, Dağıstanın Azərbaycanın dədə-baba torpaqları olduğunu, orada minlərlə azərbaycanlının yaşadığını bilirlərmi? Bir çoxları Qarabağ müharibəsində Rusiyaya, Qazaxıstana qaçanda Nəcməddin Sadıqovun Azərbaycan üçün güllə altında yaşadığından, dəfələrlə yaralandığından xəbərləri varmı? “Azərbaycan dilini bilmir” ifadəsini çox sevən topluluq düşünürmü ki, hərbiçinin politoloq olmağına ehtiyac yoxdur?! Həm 90-cı illərdə bu xalq üçün döyüşəndə onun rus dilində danışması heç kimi narahat etmirdi, indi niyə gözə batır? Siz və sizin kimilər başa düşürmü ki, hərbiçilər öz komandirlərindən razıdırlar, Ali Baş Komandan razıdır, Ümummilli Lider ona öz vaxtında qiyməti verib?! 

Axı siz kimsiz? Sizin yaşayışınız, həyat tərziniz nədir? Sizi kim bəsləyir? Siz axı kimə lazımsız??? Sual yaranır ki, xain Sürət Hüseynov, İsa Sadıqov və hazırda ölkə xaricində, Avropada “siyasi sığınacaq” altında gizlənən xainlərlə oturub-duran Sərdar, bəs sən bu dövlət üçün nə etmisən? Bəlkə, cənnətdə qadınların cinsiyyət orqanlarının olub-olmamasından başqa ağıllı fikir yeritmisən? Bəlkə, bir düz əməlli iş görmüsən? 

Xeyr! Sən və səni kimi satqın populistlər ancaq və ancaq hakimiyyət uğrunda bu xalqın qanını içmisiniz, vətənimizin dar günündə xainlıq etmisiniz, daxili və xarici düşmənlərimizin pullarını yeyərək, öz maraqlarınızı güdmüsünüz. 

Sən deyilsən öz intervyularını on minlərlə dollara qiymətləndirən? Sən deyilsən sabiq Müdafiə Nazirinin namus-qeyrətinin müdafiəsində öz sinəsini qabağa verən? Bir soruş sənə havadarlıq edən Səfərbala Əbiyev bu ordu üçün nə edib? Sən demə, Səfərbala Turan ideyasını irəli sürüb?! N. Sadıqovu dil bilməməsində ittiham edən Sərdar, Səfərbala ilə nə dildə danışırsan? Bəlkə, o öz əmrlərini sənə Azərbaycan dilində ötürür? Çətin! Ordunu talamaqdan gözü doymayan Səfər, Nəcməddin Sadıqovla ədavətini sizin kimi kuklalarla davam edir? Sən də aldığın pula layiq olmağa çalışırsan.

Hıqqana-hıqqana çıxış elədiyin həmin proqramın aparıcısı Əvəz Zeynallının Xural tv-də xalqın Orduya dəstək üşün küçələrə axışdığı gecə şou-proqram ssenarisi çərçivəsində Rasim Əlievə verdiyi suallar və kanalına verdiyi video ilə  xalqın ruh yüksəkliyini yox öz ambisiyasını düşündüyü açıq-aydın ortadaydı. Həmin kanalıda fake profillərlə yazaraq cəmiyyətdə fikir formalaşdırdığınızı, pozitiv yazılan şərhləri silib yazanları bloklamaqla hansı mənsəbə qulluq etdiyinizi insanların başa düşmədiyini zənn edirsinizsə çox yanılırsını. Bunlar Səfər Əbiyevin metodlarına çox oxşayır. 5-ci kalonun bütün şərtlərini canla-başla yerinə yetirdiyinizə görə sahiblərinizdən əlavə bir sümük haqqı qazanmış olmalısınız.

Dövlətimizin bu çətin günündə, cəbhədə igidlərimizin düşmənin gözünün içinə baxdığı vaxtda, xalqımızın bir yumruq kimi birləşdiyi zamanda sizin kimi cəmiyyət artıqları yalnız ürək bulandırır!

Nadir Quliyev
365oxu.com