Şər-böhtan maşını və ya “qəhrəman” kloun yenə səhnədə

Şər-böhtan maşını və ya “qəhrəman” kloun yenə səhnədə

Azərbaycan Ordusu ildən-ilə getdikcə hərbi gücünü və şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmaqdadır. Son illər, xüsusilə də bu il ərzində keçirilən geniş miqyaslı və bir neçə gün bundan əvvəl Türkiyə Respublikası ilə başlayan təlimlər də bunun bariz nümunəsidir. Tovuz döyüşlərindən sonra belə bir gedişat sözsüz ki, həm daxildə, həm də xaricdə olan düşmənləri narahat etməkdədir. Hər zaman daxildə olan düşmənlər daha təhlükəli olmuşdur. Orduya çamur atmaq istəyənlər və orduya öz malı kimi baxanlar da bunların sırasındadır. Bunlardan biri də Azərbaycan Ordusunda uzun müddət xidmət edən və xidmət etdiyi dövrdə Milli Ordu üçün heç bir faydası olmayan ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadədir. 

Belə ki, Q.Mənsimzadə müxtəlif vaxtlarda “Facebook”-da olan şəxsi səhifəsində “qəhrəmanlıq” edib, “fırtına” qoparmaqdadır. Əlbəttə “klaviatura qəhrəmanı” olmaq çox asan bir işdir. Yazdığına görə guya 1992-ci ildə Ağdam, 1993-1994-cü illərdə Tərtərdə (Ağdərə istiqamətində) döyüşlərdə iştirak etmişdir. Ən gülməlisi də odur ki, Q. Mənsimzadə keçmiş silahdaşlarını bu barədə yazmağa çağırmışdır. Sanki özünü sosial medianın “ulduzuna” çevirəndən sonra ehtiyatda olan hərbçilərin onun sayıqlamaları haqqında yazdıqlarını oxumamışdır. Təbii ki, oxumuşdur, amma görünür Q. Mənsimzadə ya yazılanları anlamamış, ya da onları qulaqardına vurmuşdur. Əks halda özü iddia etdiyi kimi silahdaşlarını onun döyüşlərdə iştirakı barədə yazmağa çağırmazdı. O, bilməlidir ki, əgər onlar hər şeyi olduğu kimi, gözlərinin qabağında baş verən formada danışsalar, onda Qəhrəman gərək camaatın içərisinə Qaqik olaraq çıxsın. Çünki bir kimyagərin hərbi sərkərdə kimi çıxışı adama lap Don Kixotda olan Sanço Pançonu xatırladır. Əgər bir zabit Orduda 30 il xidmət edirsə, onun silahdaşları və dostları bu illər ərzində niyə ondan uzaqlaşmış, ona nəinki hərbi sirri, heç özləri ilə bağlı məlumatları belə bölüşməmişlərdir. Ehtiyata çıxdıqdan sonra isə bu şəxsin ətrafında heç kim qalmamışdır. Bu bir zabit üçün çox utancverici və acınacaqlı bir səhnədir. 
    
Bundan savayı o, Orduda fikir ayrı seçkiliyi, nifrət toxumları səpməyə və yuxarı rəhbərlərin ünvanına müxtəlif mənfi fikirlər də səsləndirməkdədir. Öz gözündə tiri görməyib başqasında səhv axtarmağı isə ona heç məsləhət görmürəm. 

Q.Mənsimzadə öz atası və qardaşının qaranlıq keçmişinə baxsa məncə özünün bütün suallarına cavab tapar. Əlbəttə kriminal ailədə böyüyən bir şəxsin hər bir kəsə qarşı sərgilədiyi münasibət illərlə hamını təngə gətirmişdi. Hər şeydən narazı olan bu şəxs indidə Ordu və ordu quruculuğu haqqında müsbət fikir bildirən şəxslərin üzərinə hücuma keçməkdədir. Özü isə yalnız sosial şəbəkələrdə etdiyi ucuz şoularla gündəmdə qalmaq istəyir. 

Əlbəttə əlində bütün materialları bitən bir şəxsin bundan sonrakı fəaliyyəti isə hamıya bəllidir. Başqalarına şər-böhtan atmaq və öz ağalarının təlimatlarını yerinə yetirməkdir. Əgər onun keçmişinə baxsaq görərik ki, onun əldə etdiyi hər bir şeyi elə ordu rəhbərliyi ona vermişdir. O, demək olar ki, ordunun bütün imtiyazlarından istifadə etmiş, dəfələrlə xarici ezamiyyələrdə olmuş, xidmətinin böyük hissəsini Bakı şəhərində keçirmişdir. Görünür o, döyüş bölgəsi dedikdə Bibiheybət məscidinin ətrafını nəzərdə tutmaqdadır. Özü hərbi ekspert olmamasına baxmayarq o, hərbi ekspertləri bəyənmir, özünə “mən özüm filan fəlsəfə doktoruyam” deyir. 

Maraqlı suallar doğur, bəs səni kurslara göndərən kim idi? Bəyənmədiyin Ordu rəhbərliyi deyildimi? Yazdıqlarını qəbul edən, məqalələrinə rəy verən kim idi? Oxumağa şərait yaradan kim idi? Niyə demirdin lazım deyil sizin kursunuz mənə? Onun, bu suallara çətin ki, bu dünyada cavab verməyə cəsarəti olsun, orduda gizlənərək xidmət edən, döyüş bölgəsinə getməyə cəsarəti çatmayan bir şəxsdən bunu gözləmək çətin olar.

Arif Əli