Rövşən Məhərrəmov və Qurban Mənsimzadə - köhnə talançıların yeni hoqqaları

Rövşən Məhərrəmov və Qurban Mənsimzadə - köhnə talançıların yeni hoqqaları

İşi-gücü Azərbaycan Ordusunun iş və fəaliyyətinə şər-böhtan atmaq olan, əsassız ittihamlar səsləndirən bəzi “vətənpərvərlər” indi də Prokurorluğa guya korrupsiya faktları aşkarlaması ilə bağlı müraciətlər edirlər.

Daha dəqiq desək, Rövşən Məhərrəmov və Qəhrəman Mənsimzadə adlı şəxslər öz xidməti dövründə tutduğu əməlləri və törədikləri ciddi səhvlərə görə ordu sıralarından uzaqlaşdırılmaqlarını deyəsən unudublar.

R. Məhərrəmov keçmiş Müdafiə naziri Səfər Əbiyevin dövründə və onun himayəsi ilə vəzifədə irəliləyərək Hərbi Polisin rəisi vəzifəsinə qədər gəlib çıxıb. Elə ona arxalanaraq orduda at oynatmağa başlayıb, qol qoymadığı qanunsuzluq qalmayıb. O, öz dövrünün, hətta deyərdik ki, Azərbaycan Ordusu tarixində ən rüşvətxor və korrupsioner məmuru olub. R. Məhərrəmov dövlət əmlakını talan edib, mənimsəyib. Bunun nəticəsində milyonlarla vəsaitə, onlarla evə, villaya, başqa daşınmaz əmlaka sahib olub. Onun bütün karyerası hərbçiyə yaraşmayan həyat tərzi içində keçib. Onun dövründə əsgərlərin az qala 80 faizi pul hesabına evə buraxılırdı, düşmənlə üz-üzə yerləşən mövqelərdə posta çıxarmağa əsgər tapılmırdı. Eyni zamanda R. Məhərrəmova görüm-baxım etmədən vəzifədə yüksəlmək, rütbə almaq mümkün deyildi. Onun çoxsaylı yaşayış və xidmət göstərən obyektləri, salon və avtomobil yuyucu məntəqələri necə əldə edilməsi, vəzifədə olduğu müddətdə törədiyi qanunsuz işlər, o cümlədən hərbi hissənin darvazasını çıxarıb öz qızına verməsindən tutmuş dövlət mülkiyyətində olan hərbi hissələrdəki su  və digər çənləri satıb talamağına qədər yəqin ki prokurorluq orqanlar üçün müəyyən maraq doğurar.  

Digər “qəhrəmanımız” isə ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadədir. Əvvəlcə qeyd edək ki, saxta vətənçiliyi özünə əsas yol seçən bu şəxs 1992-ci ildə cəmi bir həftə döyüş zonasında baş girələmiş, bəhanələr vasitəsilə oradan qaçaraq həmişə Bakı ərazisində olmuş və bir daha ön xəttə qayıtmaq istəməmişdir. Yalnız 2010-cu ildə HHQ-də buraxdığı kobud nöqsanlara görə vəzifədə kəskin şəkildə vurulmuş və ön xəttə göndərilmişdir. Di gəl ki, orada özünü səhlənkar aparmış və “dükançı” ləqəbi ilə masqara obyekti olmuşdur. Çünki o vətənsevər yox, dükan sevən bir alverçi kimi olmağı üstün saymış və yalnız öz xeyrinə işləmişdir. Buna baxmayaraq, özünü az qala məşhur hərb sərkərdə kimi büruzə verən erməni mediasının qəhrəmanı hər addımda sinəsini döyərək “mən-mən” deməyi tez-tez səslənir. Saxta qəhrəmanın özünə inamı o dərəcədə güclüdür ki, çəkinmədən, gizlənmədən bütün sosial şəbəkələrdə paylaşan öz yazılarında məhz Azərbaycan Ordusuna qarşı açıqcasına qərəzli mövqeyinin tutmasını heç də sirr deyil. İnanırıq ki, prokurorluq orqanları bu saxta qəhrəmandan onun xidməti istifadəsi üçün nəzərdə tutulmuş məlumatı haradan əldə edilməsi, məlumat mənbəyi kimlərin olması da maraqlı olar. Xatırladırsınızsa, məhz bu o adamdır ki, xaricdə olaraq dövlət hökumətinin keçirtdiyi siyasətini tənqid edən, məxfilik rejimini dəfələrlə pozan adamdır. Digər tərəfindən isə, dövlət qurumlarının və rəsmi şəxslərin ünvanlarına hədə-qorxu gəlmə, hədələmə, xələl gətirəcək ifadələri səsləndirmə kimi faktlar da prokurorluq üçün maraqlı olar. Ümid edirik ki, bütün bu faktlar araşdırılaraq, ictimaiyyətə qısa vaxt ərzində açıqlanacaq.      

Bəli, qanunvericilik və nəzarət sahəsində fəaliyyət göstərən istənilən dövlət orqanın ilk və əsas vəzifəsi – məhz bütün daxil olan şikayət və ərizələrə baxmaq və qanunla nəzərdə tutulan vəzifələrini yerinə yetirməkdir. Lakin, şəxsi qərəz, qeyri obyektivlik, yalan və uydurma qisas əsasında yazılan ərizələr verənlərin özləri və onların saxta donosları əsasında guya qanun pozuntularını aşkarlamaq istəyənlər başa düşməlidir ki, bu kimi proseduralar vaxt itkisinə, resurs, maliyyə və vəzifəli şəxslərin bilavasitə öz vəzifə borclarının icrasından ayrılmasına gətirib çıxarır. Xüsusilə də, dövlətin müdafiəsini təmin edən kimi qurumda döyüşə hazır vəziyyətinin saxlanılmasına əngəllər törədir. Bunu bilərəkdən bu kimi işlərin davamı məhz qəsd kimi qiymətləndirilməli, sözügedən şəxslərə və onlara xidməti məlumatları verən şəxslərin isə fəaliyyətlərinə hüquqi rəy verilməli, ehtiyac olsa isə cinayət işi qaldırılmalıdır. 

Hər iki şəxsin fəaliyyət dövründə yol verdikləri çox sayda talançılıq əməllərindən həm hərbi yoldaşları həm də təbii ki dövlətin müvafiq strukturları xəbərdardır. Bu səbəbdən indi onların guya korrupsiya faktı aşkarladıqları iddiasının nə qədər ağ yalan olduğu heç kəsdə şübhə doğurmur. Lakin, hər ikisinin yaddaşını yeniləmək üçün bir dəfə də qeyd edilməlidir ki, dövlətimizdə müvafiq sahələrdə çalışan və dövlətciyi, qayda-qanunu və hüquqi normalarının həyata keçirilməsinə nəzarət edən qurumlar var ki, hansı ki sizi kimi saxta donos yazanların sözləri ilə heç də öz işlərini təşkil etmir. Saxta – ona görə ki, şəxsi qərəzliyə əsaslanan, sübutsuz və əsassız, və ən vacibi – dövlət qurumlarının işinə, onların rəhbərlərinin şəxsi və işgüzar keyfiyyətlərinə ləkə gətirərək, dövlət müdafiəsinə və müdafiəsinə ziyan gətirən yalanlar – məhz donosdur.    

Mənbə: xeberim.com