Qəhrəman Mənsimzadə haqqında ŞOK FAKTLAR

Qəhrəman Mənsimzadə haqqında ŞOK FAKTLAR

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Qəhrəman Mənsimzadə özünün hərbçi kimi keçdiyi yol, Dağlıq Qarabağ müharibəsində iştirakı haqqında uydurmalarını və Müdafiə Nazirliyinin rəhbərliyi barədə əsassız, yalanla dolu bəyanatlarını davam etdirir. 

Belə ki, o ötən gün yenə “Facebook”dakı səhifəsini açıb qoyub qabağına, orada əməlli başlı “qəhrəmanlıq” edib, “fırtına” qoparıb. Yazıb ki, guya 1992-ci ildə Ağdam, 1993-1994-cü illərdə Tərtərdə (Ağdərə istiqamətində) döyüşlərdə iştirak edib. Ən gülməlisi odur ki, Q. Mənsimzadə keçmiş silahdaşlarını bu barədə yazmağa çağırıb. Sanki özünü sosial medianın “ulduzuna” çevirəndən sonra biz ehtiyatda olan hərbçilərin onun sayaqlamaları haqqında yazdıqlarımızı oxumayıb. Təbii ki, oxuyub, amma görünür Q. Mənsimzadə ya yazılanları anlamayıb, ya da onları qulaqardına vurur. Əks halda silahdaşlarını onun döyüşlərdə iştirakı barədə yazmağa çağırmazdı. O, bilməlidir ki, biz hər şeyi olduğu kimi, gözümüzün qabağında baş verən formada danışsaq, onda Qəhrəman gərək camaat içinə çıxmasın.    

Onunla eyni dövrdə orduda xidmət etmiş şəxslərin, başqa hərbçilərin Q. Mənsimzadənin döyüşlərdə iştirak etməməsi, o zaman Bakıda müxtəlif yerlərdə “başını girələməsi” ilə bağlı ortaya qoyduqları arqumentlərə, tutarlı faktlara baxmayaraq, ehtiyatda olan polkovnik özünü cəmiyyətə müharibə veteranı, az qala müharibə qəhrəmanı kimi sırımaqdan əl çəkmir. 
Ay, ermənilərin qəhrəmanına çevrilmiş insan, deyirsən ki, 1992-1994 illərdə döyüşmüsən. İndi zəhmət çəkib sualıma cavab ver: Ağdam, Tərtər istiqaməti deyib məsələnin üstündən tullanmaqla deyil, konkret harada döyüşmüsən? Yazırsan ki, sənin çoxlu döyüş yoldaşların, silahdaşların var. Kimlərdir onlar? Bəlkə, deyirəm, o “dostlarından” danışırsan, hansılar ki sənə şillə çəkib onları tez Hərbi Prokuraturaya satmısan? Ya da tutdurduğun komandirlərin? Bəs sən deyildin öz rəislərinin dalınca güdən, səs yazılarını yazan və onları vəzifələrindən vuran? 

Heç olmasa, birinin adını çək. İxtisasın da kimyaçı, lakin ağız açanda hərbi sərkərdə kimi danışırsan. O dövrdə xidmət etmiş dostlarımız yaxşı bilir ki, ümumiyyətlə, o vaxtı sən heç vəzifəyə də belə təyin olunmamısan, sərəncamda olmusan, sonradan da Bakıya qaçmısan.

Bəs, ermənilərin qəhrəmanı, səhv etmirəmsə, 25 noyabr 2019-cu il tarixli Üzeyir Cəfərova öz cavabında iddia etmisən ki, guya beş il Qazax istiqamətində naməlum hərbi hissənin komandir müavini, sonra isə komandiri olmusan, iki ilə yaxın Naxçıvan korpusunda, iki il Bərdə istiqamətində, üç il də Beyləqan korpusunda xidmət etmisən? Cəmi on iki il! Bunlar nədir? Deməli, SSRİ-in hələ də mövcud olduğu andan sən artıq Azərbaycanın ordusunda xidmət etmisən? Bütün Azərbaycan bölgələrini qatmısan bir-birinə. Bəlkə, deyirəm, Bakıda hər atdığın addımı da döyüş bölgəsi kimi sayırsan? Yaxşı, de komandirin kim idi, vəzifələrin nə idi? Anbar rəisindən yuxarı qalxmamısan da! Yəqin, son zamanlar sənin müttəfiqi olan Rövşənə Məhərrəmov bunu təsdiq edər? 

Ümumiyyətlə, Qəhrəman, sənin bir hərbçi kimi həyat yolun qara ləkələrlə doludur. Otuz illik xidmət müddətində özünə dost qazanmamısan, hamı səni yad, özünü hamıdan yuxarı sayan, soyuqqanlı adam kimi tanıyır. Hətta, yaratdığın “Facebook” səhifəndə də belə dostların yoxdur. Səninlə xidmət edən yoldaşların yaddaşında tez-tez şikayət edən, intriqan, dedi-qodu yayan biri kimi qalmısan. 

Otuz il ərzində peşəkar hərbçi kimi formalaşa bilməyən adamdan nə gözləmək olar? Düzdür, məxfilik rejiminin pozulmasını, bunu da sən dəfələrlə etmisən. Fikrimcə, Bu məqsədyönlü deyilmi? İndi isə sən, dediyim kimi, düşmən Ermənistan mətbuatının “qəhrəmanına” çevrilmisən. Niyə və necə? Öz sayıqlamaların ilə. Azərbaycan Ordusunun zabit və əsgərləri düşmənlə üz-üzə dayanıb, işğalçılara göz açmağa imkan vermir, torpaqlarımızı işğaldan azad etmək üçün əmr gözləyir, damarında azərbaycanlı qanı axdığını iddia edirsən, amma görünür ki, sən bizlərdən deyilsən, çünki öz Vətəninin ordusuna və rəhbərliyinə şər atan bu ölkənin vətəndaşı ola bilməz. Xidmətdə olan, Vətən uğrunda əziyyət çəkən və öz canından və qanından əsirgəməyən hər bir mərd oğul bundan agahdır, ay QƏHrəman! Əsgər, çavuş, gizir və zabitlərimizin döyüş və mənəvi ruhundan heç kəsin şübhəsi yoxdur, hamı bilir ki, ordumuz hal-hazırda ən güclü orduların siyahısındadır.   

Bunlar da sənin “qəhrəmanlıqlarının” nəticəsidir, buyur, tanış ol: 

https://radiovan.fm/station/article/15255

https://armenpress.am/rus/news/996747/

https://novostink.net/azerbaijan/273999-polkovnik-g-mensimzade-v-azerbaydzhanskoy-armii-vseprodaetsya-i-pokupaetsya.html

https://infoteka24.ru/2019/11/21/51368/

https://novostink.net/azerbaijan/274848-ministr-oborony-azerbaydzhana-zakir-gasanov-okazhetsya-neu-del.html

https://news.am/rus/news/545727.html

https://www.facebook.com/RadioVan.fm/posts/2921994267835383

https://ro-zone.info/view/ZWl1MHlVa3lQR1E.html

http://lostfilmhd720.ru/smotret-onlajn-besplatno-serialy/cpv4teqfBzc

Ədalət və qayda-qanun axtaran qəhrəman, xidmət etdiyin dövrdə hər şey yaxşı idi, sən tərxis olunandan sonra pisləşib? Əks halda, o vaxtı niyə susurdun? Qorxaqsan, ona görə, ya da ki sənin havadarlarının göstərişi ilə bu qarayaxma kampaniyasını başlamısan, kukla kimi. Əgər qanunsuzluq varsa, niyə susurdun? Mən amma bilirəm: çünki vəzifədə idin, xaricə tez-tez gedib-gəlirdin, elmi işlə məşğul olmağa şəraitin var idi, sərf edirdi. Lakin, ordudan çıxan kimi, ədalətli oldun, hamı sənin üçün pis oldu, gözündən düşdü. Gör, o dərəcədə qudurmusan ki, hətta xaricdə olanda da belə, hökumət və ordu rəhbərliyini tənqid edirdin, apardığı siyasətlərini lağa qoyurdun. Bunun da səbəbi sənin psixiki durumunun bərbad vəziyyətdə olmasıdır, bu hamıya aydındır. 

Gör kimə dəstək verirsən, ay QƏHrəman, yuxarıda adı çəkdiyimi Hərbi Polisin keçmiş rəisini, Rövşən Məhərrəmovu! Bəs “Rövşənə” ləqəbi ilə tanınan adamın özü kimdir? Guya, tanımırsan onu? Onun rüşvətxorluğu haqqında orduda bilməyən adam yoxdur, hamı yaxşı tanıyır kimdir o və necə xidmət edib. “Mənə dostun kimdir de, özün haqqında kimliyini deyərəm” məsələsidir. Məhərrəmov haqqında araşdırmanı yaz da, əgər belə ədalətli olmaq istəyirsə. Yazmaz, çünki Rövşən kimləri buna maliyyə dəstəyini verirlər. R. Məhərrəmovun səyləri nəticəsində sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə yüzlərlə adamın taleyinə xətt çəkilib. Hamını tasa otuzduran, camaatın qanını zəhərləyən, əxlaqsız həyat tərzini sürən Rövşən deyil ki? Buna niyə susursan? Çünki qorxaqsan. Hamı səni belə də tanıyır. Doğru-düzgün, obyektiv adamsansa, orduda aparılan islahat, nailiyyətlər, uğurlar haqqında da danış onda! 
Deyəsən, yaddaşın qısadır, xatırladım ki, sənin hərbçi kimi bütün fəaliyyətini əks etdirən sənədlər, faktlar arxivlərdə saxlanılır. Onları açıb-tökəndən sonra biabır olacaqsan, çünki sənin kim olduğunu faktlarla sübut etmək heç də çətin deyil. Çalış onların bir çoxunu gizlət, əks halda camaatın gözünə baxa bilməyəcəksən. Öz ailə üzvləri haqqında, atan, qardaşın və onların törədikləri cinayətlərə görə məhkumluq həyatı haqqında danış, özün və dəfələrlə qurduğun ailələrin haqqında danış, ay qəhrəman! Bəyəm sənin atan deyildi həddi-buluğa çatmayan şəxslə cinsi əlaqəyə görə, sonra isə narkotiklərin hazırlanması və qanunsuz satışına görə məhkum olunmayıb? Qardaşın da lap kriminal avtoritetdir ki! O deyildi ki, narkotik və psixotrop maddələrin saxlanılmasına və istifadəsinə görə, banditliyinə görə dəfələrlə məhkum olunan? Onun radioaktiv maddələrlə qanunsuz davranmanı da heç demirəm, ay qəhrəman! Adam öz həyatının əksər hissəsini içəridə yatıb, sən də başqa adamların gözündə çöp axtarmaqla məşğulsan. Böyük ehtimalla, o radioaktiv maddələr də səndən çıxıb, ay kimyaçı qəhrəman! Hamı bilir ki, dövlət hüquq-mühafizə orqanlarına, orduya qulluqçu, zabit daxil olduqda, onun özünün və ailə üzvlərinin məhkumluq həyatına dair arayış tələb olunur. Belə ailədən salamat adam çıxarmı? Necə deyirlər, get öz oyununu oyna, kukla kimi ortalıqda qalan qəhrəman. 

Yadda saxla ki, əsl hərbçinin vəzifəsi və məqsədi – Vətənə xidmət etməkdir. Dövlət də bunu qiymətləndirib, hərbçilərin sosial problemlərini həll etməlidir və edir. İndi də sən mənzil məsələsinə görə hay-həşir salırsan. Unutma ki, dövlət tərəfindən hamıya mənzil verilir, verilmirsə əgər, deməli həmin şəxsin qüsuru var. Yəqin, otuz illik təcrübən “qüsur”un nə olmasını bilməyə sənə imkan verir, halbuki, bu haqda uydurma video çarx buraxaraq, sadə mülki insanların başlarını qatmaq fikrindəsən. Sənin özünə də dəfələrlə mənzil təklif olunub, lakin imtina etmisən. Niyə? İştah yemək vaxtı gəlir hə? Ona görə ki, iddian yenə də özünün mahiyyətindən böyükdür. Deyəsən, öz sitayiş etdiyin Rövşən Məhərrəmov kimi onlarla ev, villa, obyektlərə sahib olmaq niyyətin var hə? Məhz şəhərin ortasında ev istəyirsən. Üç minə yaxın adam öz mənzilini alıb təşəkkürünü bildirir, amma sən həmişəlik kimi özünü hamıdan artıq hesab etdiyinə görə bunu etmirsən. Əzizim, əsl Azərbaycan vətəndaşı üçün öz Vətən torpağının hər bir qarışı əzizdir! Halbuki, sən bu torpağın övladı deyilsən.   

Yadda saxla, ay qəhrəman, “keçmiş” hərbçi olmur, öz mundirinə, poqonuna, zabit şərəfinə sadiq qalır əsl kişi, sən isə tamamilə başqa anlayışlarla oturub-durursan, öz tay-tuşunla Rövşənə ilə: sanki iki kuklasınız, kimsə sizi ikinizi də iplərdən tutub-oynadır, siz isə oynamağa hazırsınız. 

Mən ehtiyatda olan bir hərbçi kimi sənin psixiki yoxlamadan keçirilməsini təklif edirəm. Çünki danışdıqlarından belə məlum olur ki, sən reallıq hissini itirmisən. Yəqin, psixotrop maddələrini də qardaşından almısan! İndi də, get, ağlını başına topla! 


Teyyub Əmirov

Qəhrəman Mənsimzadə haqqında ŞOK FAKTLAR

Qəhrəman Mənsimzadə haqqında ŞOK FAKTLAR

Qəhrəman Mənsimzadə haqqında ŞOK FAKTLAR

Qəhrəman Mənsimzadə haqqında ŞOK FAKTLAR

Qəhrəman Mənsimzadə haqqında ŞOK FAKTLAR

Qəhrəman Mənsimzadə haqqında ŞOK FAKTLAR