Manaf Cəlilzadənin sinif yoldaşı: “Məktəbdə oxuyanda bir oğlanla görüşürdü”

Manaf Cəlilzadənin sinif yoldaşı: “Məktəbdə oxuyanda bir oğlanla görüşürdü”

İsveçrənin Bern şəhərində yaşayan və özünü siyasi aktivist adlandıran Manaf Cəlilzadə barədə şok faktlar ortaya çıxıb. 

Adının çəkilməsini istəməyən sinif yoldaşı aktual.org saytının əməkdaşı ilə söhbətində M.Cəlilzadənin ailəsinin normal həyat tərzi sürmədiyini və nəticədə övladlarının psixologiyasının pozduğunu bildirdi:

“Yəqin saytlarıdan oxumusuz, bir müddət öncə Laçın adlı videobloger onun haqqında böhtanlar yazdığına görə, onu İsveçrədə tapdı, canlı yayımda üzr istəməyə məcbur etdi. Qüvvətli bir adamı görən kimi Manafın bütün ideologiyası yadından çıxdı, bağışlanılmaq üçün yalvarmağa başladı.

Bu insan yalnız monitor arxasında təhqir və söyüş söyməklə məşğuldur. Bunun əvəzində kimlərdənsə pul almaqla özünə həyat qurub. Çox detallara getmək istəmirəm, Manaf hamının gözəl tanıdığı ailənin oğludur, o ailə barədə heç vaxt yaxşı danışmayıblar. Ailənin durumu nəticəsində Manafın psixologiyasını kiçik yaşlarından pozulub”.

Sinif yoldaşının sözlərinə görə, Manafda orientasiya qarışıqlığı orta məktəb vaxtından hiss olunurdu:

“Bizim məktəbdə bir oğlanla görüşməyə başladığı üçün diqqətimizi cəlb etmişdi. Sonra Fuad adlı oğlanla tanış olub İsveçrəyə qaçdı. Bildiyiniz kimi, İsveçrənin qanunlarına görə eynicinslilərin nigahı qanunidir. Buna görə də orada Fuadla rahat həyat yaşayır. Hətta Fuad ona şəxsi biznesində maliyyə dəstəyi göstərib və homoseksualların İsveçrədəki təşkilatlar vastəsilə Avropaya getməsində kömək edib.

Ötən ilin yazında onlar axır ki evləndilər. Bundan Manafın atası Məmmədəli kişi də xəbər tutdu, hətta bu söhbət Zərdab rayonunda da yayıldı. Ailəsi də camaat içində daha biabırçı vəziyyətə düşdü. Amma Manafın heç vecinə də deyil, xaricdə özü üçün kef edir”. 

“Keçən dəfə də bir hacı haqda ağzına gələni danışırdı, özünü biabır elədi. Çıxıb videoda deyirdi ki, “transseksualla yaxınlıq edib həmin hacı, mənə dostlarım deyib”. Adama deyərlər, hansı dostların deyib, translarla oturub-duran ancaq onların dostu ola bilər. Getdi oradan da özünü ifşa elədi”, deyə müsahibimiz bildirib.

Sinif yoldaşı söyləyir ki, Manaf özünü düşünmür, heç olmasa, burada yaşayan valideynlərini, yaxınlarını gözünün önünə gətirsin: 

“Ailəsinin başını aşağı edir. Hər dəfə danışdıqca, bütün biabırçı əməlləri üzə çıxır. O qədər həyasız işləri olub ki, hamısı ortaya çıxır. Onsuz da Manafı tanımayan yox idi biz tərəfdə. İndi danışa-danışa hamıya özünü tanıtdırdı”.