Geni pozuq “Qəhhh...rəman!”

Geni pozuq “Qəhhh...rəman!”

Ardı arası kəsilməyən şoularla daim diqqət mərkəzində qalmağa çalışan, ətrafına özü kimi həyatda heç bir uğur əldə edə bilməmiş, cəmiyyətdə yer tuta bilməmiş, paxıllıq və nankorluq hissləri ilə yaşamağa davam edən, öz uğursuzluqlarında başqalarını günahlandıran və ən əsası, öz iradəsizlikləri ucbatından müəyyən qüvvələrin əlində oyuncağa çevrilən insanları toplamış Qəhrəman Mənsimzadəylə bağlı bir neçə faktı bölüşəcəyik. 

Bildiyimiz kimi, xidmət həyatı da ailə həyatı kimi alayarımçıq olan Mənsimzadənin sözlərinə görə onun “dahi zəkası”nın inkişafına və karyerasına maneçilik törədilib. Rus ədəbiyyatından tərcümə etməklə yazdığı elmi işinə görə ”Nobel” mükafatı gözləyərkən “qəsdən” Ordudan uzaqlaşdırıldığını, gələcəyin “böyük sərkərdəsi”nin karyerasına mane olunduğunu deyən bu şəxs öz xahişi ilə ehtiyata çıxdıqdan sonra birdən-birə yadına düşür ki sən demə Orduda korrupsiya var imiş. Çox maraqlıdır, durmadan Ordu rəhbərliyini və vəzifəli şəxsləri günahlandırarkən nəyə görə qeyd etmir ki, həmin rəhbərlik sayəsində polkovnik rütbəsinə, tutduğu vəzifəyə, dosent ünvanına çatıb. 

Halbuki, kurslarda iştirak edərkən, yeni rütbə alarkən, elmi fəaliyyət üçün şərait yaradılarkən bütün bunlardan imtina edə bilərdi. Deyə bilərdi ki, sizin heç nəyiniz mənə lazım deyil. Yaxud, əgər Ordunu bu qədər çox fikirləşirdisə, öz xahişi ilə cəbhə bölgəsinə gedib xidmət edə bilərdi. Hansı ki, ixtisası buna icazə verirdi. Lakin, heç Qarabağ müharibəsinin qızğın vaxtında da səngərə girməyən bu şəxs, atəşkəs dövründə öz rahatlığını pozaraq ön xəttə getməyi heç dilinə də gətirmirdi. Lakin indi bütün bunları qəbul etmir və döyüşlərdə iştirak etdiyini deyir. 

Mənsimzadənin zabit olduğunu nəzərə alsaq, onun əsgərləri, komandirləri, rəisləri olmalı idi, hansı ki oma döyüş tapşırıqları vermiş və ya əmrlərini icra etmiş olsun.  Nə hikmətdirsə, bu günə qədər 1 nəfər belə sözünü təsdiqləyib onunla döyüşdə olduğunu deməyib. Onda belə çıxır ki, döyüşçülər ön xətdə güllə altında müdafiəni qurarkən, Qəhrəman müəllim, xəyalı düşmənləri ilə öz fantaziyasında vuruşub. Elə olmasa idi, ən azından tək bircə nəfər belə sözünü təsdiqləyər, tək bircə cəbhədən yadigar şəkil göstərərdi. “Cəbhəyə şəkil çəkdirməyə getməmişdik” deyən əskik İQ sahiblərinin çırpınışları isə gülüncdür. Səhər 9 - axşam 6 qrafiki ilə  xidmət etdikdən sonra, ömrünün yarısını ön xətdə keçirən insanlara söz atmaq isə ən azından mənəviyyatsızlıqdı. 

Mənəviyyatsızlıq demişkən, buna təəcüblənməmək lazımdır. Çünki, insanın xarakterinin formalaşmasında əsas meyar Genetikadır! Əlbəttə, pozuq genli bir insandan çox şey gözləmək də səhv olardı. Təbiiki, yetkinlik yaşına çatmayan kiçik bir qız uşağına təcavüz etmək səbəbi ilə həbs edilmiş bir insanın (ona insan deməyə də adamın dili gəmir) oğlu, narkotik satmaqla gəncləri zəhərləyən bir insanın qardaşısansa yaxşı irsi xüsusiyyətlərdən söhbət gedə bilməz. Əlbəttə böyüdüyün mühit necədirsə ailəni də ona uyğun seçəcəksən. Mənsimzadənin qayınatasının hərbi şəhərcikdə, dövlətin ona verdiyi evin arxa həyətində çətənə əkdiyini, meyxana oxuyaraq əyləndirdiyi bütün əsgərlər və zabitlər danışır. Ola bilsin hələ evin zirzəmisində laboratoya da qurmuşdu, başqa narkotiklər istehsal edirdi. Nə də olsa kimyaçıdır, az-çox başı çıxır. Sonra da qardaşı aparıb satırdı ola bilsin. Bu məsələdə çoxlu cavabsız suallar yaranır. 

Bütün bunları nəzərə aldıqda onu da qeyd etmək lazımdır ki, genetika gələcək nəsillərə də ötürülür. Məsələn siyasi mühacir Tural Sadıqlı barədə məlumat gördüm bir neçə gün əvvəl, onun da babası Qəhrəman Mənsimzadənin atası ilə eyni yolun yolçusu imiş. Eyni cinayətlərdən məhkumluq həyatı yaşayıblar. Onun babasının həbsdə digər məhbuslar tərəfindən cəzalandırılmasının geniş izahını oxuduqca, qeyri-ixtiyari Mənsimzadənin atası barədə düşünür insan. Əlbəttə, təcavüz hər yaş üçün cinayətdir, lakin azyaşlı bir uşağa qarşı edilirsə bu insanlıqdan kənardır. Bu damğa isə genetik olaraq nəsildən nəslə ötürülür.

Nəticə olaraq hamıya aydındır ki, Qəhrəman Mənsimzadə, onun gərəksiz çevrəsi, siyasi mühacir adlanan gərəksiz məxluqların hamısı Dövləti, dövlətçiliyi, əmin-amanlığı, dövlətimizin nüfuzunu, Ordunun gücünü zəiflətməyə çalışan xarici qüvvələrin əlində sadəcə bir oyuncaqdır. Özlərini gizli tutaraq bu mənəviyyatsız insanlardan “pion” kimi istifadə edən 5-ci kalon, işləri bitdikdən sonra onları lazımsız murdar əski parçası kimi kənara tullayacaqlar. 

Arif Əli