FIFA prezidenti həbs oluna bilər - Cinayət işi açıldı

FIFA prezidenti həbs oluna bilər - Cinayət işi açıldı
İsveçrədə FIFA prezidenti Canni İnfantoya qarşı cinayət işi açılıb.

Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, İnfantinonun İsveçrə Federal Prokurorluğunun rəhbəri Mixael Lauberlə arasındakı münasibətlər səbəbindən araşdırma başladılıb. 54 yaşlı dövlət rəsmisi ötən həftə istefasını təqdim etmişdi.

İddiaya görə, Lauber FIFA ilə bağlı korrupsiya ittihamlarını araşdırarkən İnfantinonun istəyini yerinə yetirərək bəzi məsələləri ört-basdır edib.