Bizim üçün çaqqal, ermənilər üçün qəhrəman

Bizim üçün çaqqal, ermənilər üçün qəhrəman

Keçmişin qorxaq hərbçisi, indiki fəlsəfə doktoru, dələduz, saxtakar Qəhrəman Mənsimzadə yenə öz səviyyəsini göstərib. Yəqin ki, hər şeyə dükançılıq təfəkkürü ilə yanaşan birisindən başqa nəsə gözləməyimiz doğru olmazdı.

Gəlin əvvəlcə onunla tanış olaq. Onun ən böyük uğuru vaxtilə Sovet kitablarını rus dilindən Azərbaycan dilinə tərcümə etməsi olub. Hansı ki, həmin kitabların müstəqil Azərbaycanın heç bir hərbçisinə faydası olmayıb.

Özünü Qarabağ müharibəsi veteranı kimi təqdim edən Qəhrəman Mənsimzadənin döyüş yolu cəmi bir həftə davam edib. Bu adam 1992-ci ildə Tərtər istiqamətində cəmi bir həftə döyüş zonasında olub, sonra müxtəlif bəhanələrlə Bakıda xidmət aparıb və hərbi əməliyyatların intensiv getdiyi bir dövrdə bir daha ön xəttə qayıtmayıb.

Növbəti dəfə ön xəttə yalnız 2010-cu ildə gedib. Lakin bu dəfə də öz istəyi ilə deyil, məcburi şəkildə. Çünki dırnaqarası qəhrəman  Hərbi Hava Qüvvələrində kobud nöqsanlara yol verib. 

Adətən hərbi xidmətdə nöqsana yol vermiş şəxslər öz reputasiyasını qaldırmaq, yenidən yuxarı rəhbərliyin rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Lakin təəssüf ki, ön xəttə göndərilən bizim dırnaqarası qəhrəman orada özünü vətənsevən zabit kimi deyil, alverçi imici ilə tanıdıb. Bu gün də Goranboy zonasında xidmət edən hərbçilər arasında istənilən adamdan polkovnik Mənsimzadə barədə soruşanda onu “dükançı Mənsimzadə”, “dükançı Qəhrəman” ayaması ilə xatırlayırlar. 

Həyatda özünü heç vaxt tapa bilməyən Qəhrəman Mənsimzadə mülki həyatda da özünü tapa bilməyib. Hazırda o ən mənasız işlərdən biri ilə - avara insan kimi boşboğazlıqla məşğul olur. Onun boşboğazlıqları başqa mövzularda olsaydı heç onun faliyyətinə toxunmazdıq. Lakin dırnaqarası qəhrəman müharibə şəraitində olan Azərbaycanın ordusuna dil uzadr, ordu rəhbərliyi haqqında öz səviyyəsində danışır.

Dövlət sərhədi ilə cəbhə xəttini ayırd edə bilməyən bu ünsürün danışdıqlarından üzə çıxır ki, o, ümumiyyətlə hüquqi cəhətdən olduqca savadsız bir insandır. Yeri gəlmişkən, bu mövzuda ona məsləhət görərdik ki, cənab Prezidentin çıxışlarını dinləsin, vətənpərvər ekspertlərin müsahibələrini oxusun. Yox əgər o, axırıncı erməni təxribatı ilə bağlı səsləndirdiyi zərərli fikirləri məqsədli şəkildə bildiribsə, bu, daha pisdir. Çünki bu fikirlər yalnız və yalnız düşmənimiz, ermənilərə sərf edir.

Tovuz döyüşləri vaxtı bütün xalq hərbçilərimizə dəstək olurdu. Lakin ya zəlzələdən, ya da vəlvələdən bizim bu dırnaqarası Qəhrəman ortada yox idi, öz feysbuk profilində görünmürdü, sanki siçan kimi öz dəliyinə çəkilmişdi.

Nə hərbçi, nə də dırnaqarası alim kimi heç bir uğura imza ata bilməyən Qəhrəman Mənsimzadə hərbidə olduğu müddətdə Zakir Həsənov və Nəcməddin Sadıkovun barəsində bir dənə də olsun ictimai şəkildə tənqidi fikir bildirməyib. Əgər ordu belə pis idisə o zaman etiraz bildirərdin ay dırnaqarası qəhrəman. Niyə çaqqallıq edirsən?

O, sanki mülki həyata geri döndükdən sonra özünün hərbidə və ümumiyyətlə həyatda olan uğursuzluqlarını günahını uğur qazanmış ictimai xadimləri hədəfə almaqda görür. 

Bütün bunlar isə onun natamamlıq kompleksindən irəli gəlir. Azərbaycanın çörəyini yeyib, suyunu içən, havasını udan Qəhrəman son dövrlərdə faktiki olaraq ermənilərin qəhrəmanına çevrilib. Əgər belə olmasaydı, erməni mətbuatı onun dedikərini bəh-bəhlə paylaşmazdı. Bizim üçün çaqqal olan düşmən üçün əlbəttə ki, qəhrəmandır.