100 milyon ildir yatan mikroblar oyandırıldı

100 milyon ildir yatan mikroblar oyandırıldı
Alimlər 100 milyon ildir yatmış vəziyyətdə olan mikrobları canlandırmağa nail olublar.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanı Yaponiyanın Dəniz-Yer üzü Elm və Texnologiya Agentliyinin mütəxəssisləri aparıb. Az oksigen və qida ilə on milyonlarla il var ola bilən bəzi ibtidai növlər araşdırılıb.

"Mikrobları tapanda öncə əlamətlərdən şübhələndim. Bir səhv və ya uğursuz təcrübə səəbindən ortaya çıxdıqlarını düşündüm. Dənizin altındakı biosferdəki orqanizmlər üçün yaş həddi olmadığını bilirik. Bizim əksimizə mikroplar bölünərək çoxalır və dolayısı ilə müəyyən bir ömürləri yoxdur", - deyə araşdırmanın baş müəlliflərindən olan Yuki Morono bildirib.